AZ

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb

Bakı, 17 iyun, AZƏRTAC

"Sabah" komandası futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, 2022-ci ildən “Sabah”ın formasını geyinən C.İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.

Seçilən
10
1
azertag.az

10Mənbələr