AZ

Ağstafada insan hüquqları ilə bağlı tədbir keçirildi - Fotolar

Ağstafada “İnsan hüquqları aylığı” çərçivəsində “Sağlam və təhlükəsiz həyat hər kəsin hüququdur!” mövzusunda maarifləndirici tədbir keçirilib

“Qafqazinfo” xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon Prokurorluğu və Polis Şöbəsi ilə birgə keçirilən maarifləndirici tədbir RİH başçısı aparatının inzibati binasında təşkil olunub.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra insan hüquqlarından bəhs edən qısa videoçarxa tamaşa ediblər.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, eyni zamanda xalqımızın rifah halının yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və sağlam həyat tərzinin formalaşdırılmasına yönəlmişdir. Hazırda Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mərkəzində məhz insan faktoru, hər bir vətəndaşın sağlamlığının mühafizəsi və təhlükəsizliyinin təmin olunması durur.

Qeyd olunub ki, mütəmadi olaraq, təhlükəsiz reproduktiv sağlamlıq, sağlam həyat tərzinin təbliği istiqamətində əhali arasında məlumatlılığın artırılması, yeniyetmə və gənclərin, eləcə də valideynlərin, gənc ailələrin maarifləndirilməsi məqsədilə bütün təşkilatlarda, şəhər, qəsəbə və kəndlərdə görülən maarifləndirici işlər daim diqqət mərkəzində saxlanılmalıdır.

Ağstafa RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini Qurban Qurbanov, Ağstafa rayon Prokurorluğunun böyük müstəntiqi Toğrul Həsənov, Ağstafa rayon Məhkəməsinin baş məsləhətçisi Rafiq Ələsgərov, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin müdir müavini Elvin Musayev, Uşaq Səfirlər Məclisinin Ağstafa nümayəndəsi Nihad Allahverdiyev, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Doğum şöbəsinin həkimi Samirə Babayeva mövzuya dair geniş məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçılarına “İnsan hüququ cəmiyyətin təməl prinsipidir” adlı maarifləndirici bukletlər paylanılıb.










Seçilən
8
qafqazinfo.az

1Mənbələr