Hurriyyet.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən iclasda Avropa Parlamentinin üzvləri qarşısında çıxış edən İordaniya kralı II Abdulla İsrailin İrana hücumlarını pisləyib.
Bu barədə "Tayms of İsrael" nəşri məlumat verib.
Kral deyib: "Bu müharibənin sərhədlərinin harada bitəcəyini demək mümkün deyil. Əziz dostlar, bu, bütün dünyada bəşəriyyət üçü təhdiddir".
İordaniya kralı vəziyyətin "tarixin müəyyən yolayrıcında olduğunu", hakimiyyət və ya prinsiplərlə, qanunun alililiyi ilə hakimiyyətin gücü, yenilənmə ilə çöküş arasında seçim məqamında olduğunu deyib.
Hürr Tərcüman