AZ

Maşını yolun ortasında saxlayıb sürücüləri yolundan etdi 77 BF 954 VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Suraxanı rayonu, İlqar Musayev küçəsində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 15-də saat 10:01 radələrində qeydə alınıb. Belə ki, 77-BF-954 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb. Nəticədə o, hərəkətdə olan maşınlara qəza şəraiti yaradıb. Kadrdan da görünür ki, sürücülər yolun ortasında dayanmış avtomobili anidən görərək sola manevr ediblər.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, 2 bal və 80 manat cəriməylə nəticələnir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr