İsrail və İran arasında Şah rejimindən sonra davam edən qarşıdurma, təhdidlər hərbi müstəvidə getdikcə daha da təhlükəli həddə çatır. Demək olar ki, İsrail xüsusi xidmət orqanları İrandakı əməliyyat çəraitinə ciddi nəzarət edir və həddən artıq informasiuyaya malikdir. Bundan istifadə edərək texniki və texnoloji cəhətdən üstünlüyü əldə edib ciddi manevrlər edir.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında deyib. Komitə rəhbəri rəsmi Tehranın İsrailə müqavimətindən də bəhs edib: “İran da təbii ki, qoşun sayının çox olması, raket bazasına və dron və pua lara arxalanıb güc nümayiş etdirir. İran dini baxımdan da Suriya, Yəmən, Livan və İraqdakı məzhəb tərəfdarlarına arxlanaraq İsrailə təzyiq göstərməyə çalışır. Uranın zənginləşdirmə faizinin 3,96 dan 60-a qaldırılması faktiki olaraq nüvə silahı əldə etməyə yaxınlıq göstəricisidir, nüvə təhlükəsi deməkdir. Proseslərə ABŞ və Avropa Birliyinin müdaxiləsi böyük müharibənin qarşısını ala bilər. Yəni diplomatik yollara əl atılmasa, proses qırmızı xətti keçə bilər. Endirilən hava zərbələri və kibermüharibə Enerji bazarlarında narahatlıq yaransa da, dünya iqtisadiyyatına ciddi təsir edə bilmir, xam neft qiymətləri sürətlə qalxır. Əgər böyük müharibə başlasa bu ilk növbədə Livan, Suriya və İraqda daha çox hiss olunacaq, Hizbullah və digər İranpərəst qüvvələr daha da aktivləşəcək. Bu isə insan ölümü, qaçqın axını, Türkiyə və ərəb dünyası o cümlədən Səudiyyə Ərəbistanı, Misir və BƏƏ kimi ölkələr diplomatik və ya dolayı yolla bu proseslərə cəlb oluna bilər. Müharibəyə digər güclərin qoşulması ehtimalına gəldikdə, A.Nağıyev qeyd etdi ki, İran açıq şəkildə nüvə silahı istehsalına başlasa və İsrailə ağır zərbələr vursa, ABŞ və müttəfiqləri bu vəziyyəti strateji təhdid kimi qiymətləndirib “İraq modeli”ni tətbiq edə bilər: “Təbii, ki son nəticədə Tehranda hakimiyyət, hətta deyərdim ki, rejim dəyişikliyi üçün daxili müxalifət qızışdırıla bilər. Rusiya və əsasən də Çin birbaşa hərbi müdaxilə etməz, dolayı şəkildə öz problemlərindən biri də təbii ki, regionda güc balansının pozulması və sünni - şiə qarşıdurması və nəticə kimi (Səudiyyə Ərəbistanı, Türkiyə, Misir) İranın zəifləməsindən siyasi fayda götürməyə cəhdlə nəticələnə, daxili münaqişələri dərinləşə bilər. Hətta İsrail qələbə əldə etsə belə, bu müvəqqəti olacaq. Hələlik münaqişə bu və ya digər şəkildə idarə olunur, İran və İsrail arasında gərginlik hələlik idarəolunan münaqişə mərhələsindədir. Lakin, qlobal güclərin - ABŞ, Rusiya, Çin, Aİ - koordinasiyalı vasitəçilik etməməsi halında bu qarşıdurma yalnız Yaxın Şərqi deyil, bütün dünya sistemini təhdid edən bir savaşa çevrilə bilər”.
Elşad Paşasoy,
Musavat.com