AZ

Əcnəbi məşqçidən Azərbaycan klubunu XOŞBƏXT EDƏCƏK QƏRAR!

"Sabah"da Vasili Berezutski dönəmi başa çatdı.

Klub rəsmi açıqlamasında rusiyalı mütəxəssisin həyət yoldaşının xəstəliyi səbəbindən yolların ayrıldığını elan etdi.

Artıq detallar əhəmiyyətli deyil.

Zəlzələdən, ya vəlvələdən 42 yaşlı mütəxəssis daha "Sabah"ın başında deyil.

Buna görə klubu təbrik etmək olar.

Çünki Vasili ilə "Sabah"ı uğurlu gələcək gözləmirdi.

Düzdü, komandanın bərbad çıxış etdiyini demək olmaz.

Amma sabitlik yaxalamaq heç cürə mümkün olmadı.

"Qarabağ"a son 4 oyunda uduzmayan kollektiv Premyer Liqanı 5-ci sırada bitirməli deyildi.

Bu komanda büdcəsinə, heyətinin potensialına görə yüksək nəticələr qazanmağa borclu idi.

Hə, "Sabah"ın tarixində qazanılan ilk titul Berezutiskinin adı ilə bağlıdır.

Futbolda statistika önəmlidir, amma hər şey deyil.

Hətta Azərbaycan kubokunun qazanılması da Vasiliyə bel bağlamağa yetərli deyildi.

Ona görə də ayrılığı "Sabah" üçün faydalı saymaq olar.

Qalır işin digər tərəfi...

Qarşıdan avrokuboklar sınağı gəlir.

Zaman az, görülməli iş çox.

Yeni baş məşqçi təyinatını çox uzatmaq olmaz.

Seçimdə yanılmaq isə heç olmaz.

Gələcək çalışdırıcı bu duruma razı olmalı, işləri buna uyğun qurmalıdır.

Zaman tələbi yersizdir.

Ona görə də heyətə uyğun məşqçi tapılmalıdır.

Məşqçiyə uyğun heyət qurmaq üçün zaman yoxdur. Heç gərək də. Çünki hazırkı kollektivin kifayət qədər yaxşı potensialı var. Qalır onu açmaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr