UEFA Avropa Liqasında mübarizə aparacaq “Sabah” heyətinə əl gəzdirir. Msport.az xəbər verir ki, paytaxt klubu mövsümün sonunda müqaviləsi başa çatan Con İrasaballa yollarını ayırıb.
İspaniyalı futbolçu 2022-ci ildən “Sabah”da çıxış edirdi. Müdafiəçi “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qol vurub. İrasabal “Sabah”ın heyətində Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.