AZ

"İmişli"nin sabiq baş məşqçisi: “Bizim milli də irəliyə doğru addım atmalıdır”

"21 yaşlıların oyunu olmasına baxmayaraq stadion azarkeşlə dolmuşdu. Hətta qonşu ölkələrdən də gələn tamaşaçılar var idi".

Bunu İdman.biz-ə UEFA Pro kateqoriyası üçün təlimlərə cəlb olunan "İmişli"nin sabiq baş məşqçisi Fərid Namazov deyib.

O, sessiya zamanı diqqətini çəkən nüansları bölüşüb: "Hazırda Slovakiyadayıq. İyunun 19-na kimi burda olacağıq. Geridə qalan günlər ərzində Çexiya - Almaniya və Slovakiya - İspaniyanın 21 yaşlılardan ibarət milli komandaları arasında baş tutan oyunları izləmişik. Bu səviyyədə olan yığmaların hər biri çox keyfiyyətlidir. Azarkeş amili çox təəccüblü gəldi. 21 yaşlıların oyunu olmasına baxmayaraq, tribunalar dolmuşdu. Hətta qonşu ölkələrdən də gələn azarkeşlər var idi. Son bir oyunumuz qalıb. Sabah Çexiya - Sloveniya qarşılaşmasına yollanacağıq. Onun analizini də Azərbaycana qayıtdıqdan sonra təqdim edəcəyik. Bizim yığmanın da bu tip turnirlərin final mərhələsində iştirak etməsini istərdik. Həqiqətən, tamam başqa bir atmosferdir. Komandaların performansını, taktiki bacarığını və digər aspektləri qiymətləndirəndə futbolun yüksək səviyyəyə çatdığını, günbəgün inkişaf etdiyini görürük. Bizim milli də irəliyə doğru addım atmalıdır. İnanıram ki, yaxın illərdə yığmamızın uğurlarına sevinəcəyik".

Murad Abdullazadə
İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr