AZ

Ramiz Mehdiyevin kürəkəninin ortağı şirkətinin formasını dəyişir

BAKI, 17 iyun. TELEQRAF

“Astoriya” Mənzil-Tikinti Kooperativi təşkilati-hüquqi formasını dəyişib.

Teleqraf xəbər verir ki, şirkət fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) formasında davam etdirəcəyini elan edib.

Qeyd edək ki, “Astoriya” Mənzil-Tikinti Kooperativinin nizamnamə kapitalı 50 manatdır, qanuni təmsilçisi Sadıqov Fərid Akif oğludur.

Şirkət Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə, 2015, 2016, 2017, 2020, 2021, 2022 və 2024-cü illərdə toplam 8 hal üzrə 320 manat məbləğində maliyyə sanksiyası ilə üzləşib.

Fərid Sadıqov həmçinin, ictimaiyyətə “TNH”, “Astoriya” MMC, “Ailə TV” və digər iri layihələrin sahibi kimi tanınır.

Xatırladaq ki, “TNH” 2015-ci il aprelin 10-da yanğın baş verən Bakının Xətai rayonundakı doqquzmərtəbəli binanın fasadının poliuretan materialla üzləyən şirkətidir. Hadisədən sonra Fərid Sadıqov, Məmməd Vəliyev və Nüsrət Muxtarov həbs olunmuşdu. Lakin Fərid Sadıqov istintaqa "TNH" şirkətinin rəhbəri olmadığını bildirmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilərək, 3 il sınaq müddəti ilə şərti cəza təyin edildikdən sonra azadlığa buraxıldı.

2012-ci ildə təsis edilən “TNH” şirkətinin hazırkı qanunu təmsilçisi Coşqun Abbasovdur. Nizamnanmə kapitalı 1000 manatdır.

Onu da bildirək ki, Fərid Sadıqovun “Astoriya”da ortaqlarından biri Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham ƏIiyevdir. Mətbuatda yayılan məlumatlara görə, bu iki şəxs həmçinin, “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçiləridirlər.

Vergi Xidmətinin məlumatına görə, İlham ƏIiyev “Astoriya Tibb Mərkəzi”nin qanuni təmsilçisidir. Mərkəzin nizamnamə kapitalı 11 milyon 931 min manatdır.

Seçilən
5
teleqraf.com

1Mənbələr