AZ

Suren Sarkisyan: ”Iran və Rusiyanın zəifləməsi Türkiyəni Cənubi Qafqazda gücləndirəcək”


Politoloq Suren Sarkisyan hesab edir ki, "İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarında razılaşma əldə olunsaydı,bu Ermənistan üçün mütləq müsbət nəticələr verərdi. Təbii ki, eyni şey Rusiya-Amerika münasibətlərinin nizamlanmasına da aiddir, lakin təəssüf ki,burada da ciddi irəliləyiş yoxdur". Onun sözlərinə görə, bu proseslər Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. "Onların pozulması və nəticədə Rusiya və İranın mövqelərinin zəifləməsi - xüsusən də ABŞ-ın passiv mövqeyi fonunda - regionda onsuz da kövrək olan qüvvələr balansı pozulur. Nəticədə Türkiyə Cənubi Qafqaz, o cümlədən Cənubi Qafqaz maraqları vasitəsilə daha təsirli və güclü regional aktora çevrilir.
Söhbət təkcə Azərbaycanla Türkiyəni deyil, həm də bütün türk dünyasını birləşdirən Zəngəzur dəhlizindən gedir. Əgər yaxın günlərdə ABŞ prezidenti Donald Tramp İrana qarşı hər hansı aksiyaya qoşulacağını və ya İsrailə görünməmiş hərbi yardım göstərəcəyini bəyan etsə, o zaman bizim üçün vəziyyət daha da mürəkkəbləşəcək” –deyə erməni politoloq təəssüflə qeyd edib

Surxay Əliyev

Seçilən
10
baki-xeber.com

1Mənbələr