AZ

OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində ölkəmizin iqtisadi prioritetləri müzakirə edilib(FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPECBeynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində panelsessiyada çıxış edib, bir sıra görüşlər keçirib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, iqtisadiyyat naziri MikayılCabbarov Forum çərçivəsində təşkil edilən “Resurslarındayanıqlılığının təşviqi” adlı panel sessiyada çıxış edib.

Tədbirdə enerji, su və qida sistemlərinin qarşılıqlıəlaqələrindən düzgün istifadə olunmasının əhəmiyyəti qeyd olunub.Bildirilib ki, dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması,karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqlarıngücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bukontekstdə önəm kəsb edir. Bu sahədə Azərbaycanın təşəbbüsləri vəhəyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Sənaye İnkişafıTəşkilatının baş direktoru Gerd Müllerlə görüşüb. Görüşdə sənayesektorunun inkişafı, dayanıqlı iqtisadiyyatın təşviqi və beynəlxalqəməkdaşlığın gücləndirilməsində təşkilatla tərəfdaşlığın əhəmiyyətivurğulanıb. Ölkəmizin iqtisadi prioritetləri barədə məlumatverilib, gündəlikdə olan məsələlər nəzərdən keçirilib.

Ərəb Koordinasiya Qrupuna daxil olan Səudiyyə İnkişaf Fondununbaş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşdəSəudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın bir çoxsahələr, o cümlədən bərpa olunan enerji üzrə inkişafından məmnunluqifadə olunub. Səudiyyə İnkişaf Fondunun ölkəmizdə həyata keçirdiyiinfrastruktur layihələrinin önəmi qeyd olunub. Tərəflər sənaye,yaşıl enerji, rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digəristiqamətlərdə investisiya tərəfdaşlığı perspektivlərinidəyərləndiriblər.

Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun baş direktoru vəzifəsiniicra edən Valid Əl-Baharla görüşdə Küveytlə iqtisadi, ticarət vəsərmayə sahələrində əlaqələrin inkişafı diqqətə çatdırılıb. Fondlaişbirliyinin genişləndirilməsi, maliyyə mexanizmlərindən istifadəimkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda prioritetlayihələr üzrə investisiya əməkdaşlığı potensialı nəzərdənkeçirilib.

OPEC
OPEC
OPEC
OPEC
OPEC
OPEC
OPEC
Seçilən
11
8
az.trend.az

9Mənbələr