Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avtomobil təlimçisi Arzu Babazadə Avtosfer.az saytının “WhatsApp” ünvanına müraciət edərək Bakı Aeroportuna gedən yolda üzləşdiyi təhlükəli vəziyyətlə bağlı narahatlığını bildirib.
Təlimçi tərəfindən göndərilən videomaterialda açıq-aşkar görünür ki, yolun müəyyən hissəsində asfalt örtüyü ciddi şəkildə yararsız hala düşüb. Arzu Babazadə qeyd edir ki, Heydər Əliyev prospektindən başlayan bu problem təkcə bu günün məsələsi deyil:
"Neçə müddətdir bu yoldan istifadə edirəm, vəziyyət dəyişmir. Heç kim baxmır, tədbir görmür. Bura Aeroport yoludur, hər gün yüzlərlə nəqliyyat vasitəsi buradan keçir".
Video görüntülərdən də aydın olur ki, yolun dağılmış hissəsi nəinki avtomobillərə zərər verə bilər, hətta qəza riskini də artırır.
Fidan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.