AZ

İran-İsrail savaşı sübut etdi ki, milyonları silahdan daha çox buna yatırmaq lazımdır...

Bir həftəyə yaxındır ki, bütün dünyanın diqqət mərkəzində olan İran-İsrail savaşı bütün şiddəti ilə davam edir. İsrailin müharibədə həyata keçirdiyi unikal əməliyyatlar, nöqtə zərbələr, dəqiq və ölümcül həmlələr müasir müharibələrin mahiyyəti ilə bağlı ciddi mətləblərdən xəbər verir. İrana məxsus raket bazalarını, təyyarələri, tədqiqat mərkəzlərini qısa zamanda kütləvi zərbələrə məruz qoyan İsrail, bununla dəqiq kəşfiyyat məlumatlarının önəmini isbatlamış oldu. Təl-Əviv bununla sübut etdi ki, sadəcə agentura şəbəkəsi vasitəsilə deyil, həm də müasir texnologiyalar vasitəsilə əldə edilən bu məlumatlar müharibənin taleyinə həlledici təsir göstərən əsas amildir. Buna görə də dəyəri milyonlarla, milyardlarla hesabanan pulları silah-sursatdan daha çox kəşfiyyat məlumatlarına, müasir izləmə-müşahidə vasitələrinə, radar sistemlərinə sərf etmək daha məntiqlidir. Yalnız bu faktorun mövcudluğu fonunda digər silah-sursat və texnikalar öz missiyasını uğurla yerinə yetirə bilər. Çünki qabaqlayıcı kəşfiyyat-müşahidə sistemləri olmadan nəiinki müharibədə uğur qazanmaq, hətta böyük pullar hesabına alınan texnikaların özünün belə təhlükəsizliyini təmin etmək mümkün deyil.

Bu mənada İran-İsrail müharibəsinin müasir müharibələrin taleyinə ciddi təsir göstərəcəyi, bir çox dövlətin müdafiə və təhlükəsizlik siaysətinə yön verəcəyi şübhəsizdir.

Seymur ƏLİYEV

 

Seçilən
8
moderator.az

1Mənbələr