AZ

Putin Sankt-Peterburqda OPEK-in baş katibi ilə görüşəcək

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, cümə günü Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda OPEC-in baş katibi Haysam əl-Qays ilə görüş keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Uşakovun sözlərinə görə, qısa söhbət iyunun 20-də axşam baş tutacaq.

“Gündəlikdə dünya neft bazarının hazırkı vəziyyəti, xüsusilə Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda bazarın inkişaf perspektivləri və Rusiya ilə OPEC, o cümlədən OPEC+ formatında əməkdaşlıq məsələləri yer alır,” — deyə Rusiya Prezidentinin köməkçisi qeyd edib.

Seçilən
8
nocomment.az

1Mənbələr