Bakı. Trend:
İranın İsrailə yeni raket hücumu başlayıb.
Trend xəbərverir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosialşəbəkəsindəki hesabında bildirilib.
Qeyd edilib ki,, hazırda bir çox ərazilərdə sirenalareşidilir.
Bildirilib ki, İrandan İsrailə doğru 10-a yaxın raketatılıb.
Vurğulanıb ki, İrandan İsrailə atılan ballistik raketlərin böyükqismi hava hücumundan müdafiə sistemi tərəfindənzərərsizləşdirilib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.