AZ

İsrail İranın raket buraxılışı qurğularına zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın qərbində raket buraxılış sistemlərinə zərbələr seriyasını tamamlayıb.

News365.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə silsilə zərbələr endirib. Zərbələr zamanı bir neçə obyekt və onlarla "yer-yer" tipli raket buraxılış qurğuları vurulub", - dərc olunan bəyanatda deyilir.

Seçilən
7
news365.az

1Mənbələr