Rusiya və Misirin xarici işlər nazirləri Sergey Lavrov və Bədr Abdel Atı İran ilə İsrail arasında qarşıdurmanın artmasına qarşı çıxıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər əsas diqqəti Yaxın Şərqdəki vəziyyətin gərginləşməsinə yönəldiblər. Hər iki nazir İsrailin İrana qarşı əməliyyatı ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
“Xarici siyasət idarələrinin rəhbərləri hərbi əməliyyatların dərhal dayandırılmasının və silahlı qarşıdurmanın daha da kəskinləşməsinə və münaqişə zonasının genişlənməsinə gətirib çıxara biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıblar”, – deyə məlumatda bildirilir.