AZ

"Sabah"dan Con İrasabala VİDA

"Sabah" müdafiəçi Con İrasaballa yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubundan açıqlama yayılıb.

İspaniyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayıb. Con “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb.

Qeyd edək ki, İrasabal komandanın heyətində Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.

İdman.biz

Seçilən
14
1
idman.biz

2Mənbələr