AZ

"Qarabağ"ın satdığı hücumçu dünya çempionatına aparıldı, amma... VİDEO

ABŞ-da klublar arasında keçirilən dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün D qrupunda da oyunlara start verilib.

Braziliyadan "Flamenqo" Tunis çempionu "Esparens"lə üz-üzə gəlib.

Oyun Rio-De-Janeyro təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Corcian de Arraskaeta (17-ci dəq.) və Luis Araujo (70) vurub.

Bu qış transfer pəncərəsi zamanı "Qarabağ"dan ayrılan Juninyo da çempionata sifariş olunub. O, ilk turun matçın iştirak ərizəsində olsa da, oyunu sonadək ehtiyat skamyadan izləyib.

Bu qrupda "Çelsi" (İngiltərə) və "Los Anceles" (ABŞ) də yarışır.

Seçilən
10
sportinfo.az

1Mənbələr