AZ

Kürdəxanıda yerləşən, baxımsız vəziyyətdə olan qədim məsciddən FOTOREPORTAJ

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

XX əsrin əvvəllərinə aid olduğu ehtimal edilən məscid Kürdəxanı bağları ərazisində inşa edilib.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, "Bağ məscidi" və ya "Bağlar məscidi" olaraq adlandırılan bu məscid kvadrat formaya malikdir və minarəsizdir.

Burada şimal divarına bitişik artırma və ya hücrələr var. Tikilinin iki qapısından biri şərq, digəri isə qərb divarında yerləşir. Məscidin qərb qapısı və şərqə baxan pəncərələrindən birinin üzərində onunla bağlı olan daş kitabəni xatırladan, lakin sement və qum qarışığından hazırlanmış yazılar mövcuddur.

Dörd pəncərəsi olan tikilinin əlavə olaraq qibləyə istiqamətlənmiş nəfəsliyi var. Məscidin tavanı mişar daşından hazırlanmış dairəvi formalı sütunla dəstəklənir. Məscid hazırda baxımsız vəziyyətdədir.

Daha çox foto burada: PhotoStock.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr