AZ

Fillippo İnzagi "Palermo"da

Fillippo İnzagi İtaliya B Seriyasında çıxış edən "Palermo"nin baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, bununla bağlı Siciliya təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Müqavilənin detalları barədə məlumat verilməsə də, İnzagi ilə uzun müddətli razılıq əldə olunduğu bildirib. Onun son iş yeri "Piza" olub. Filippo komandanı A Seriyasını yüksəltsə də, rəhbərlik fikir ayrılığı üzündən vəzifəsini tərk edib.

Qeyd edək ki, "Palermo" B Seriyasında son mövsümü 8-ci pillədə başa vurub və pley-offda "Yuve Stabili"yə (0:1) uduzub.

İdman.biz

Seçilən
9
1
idman.biz

2Mənbələr