AZ

Tam bir vitamin kompleksi - Qırmızı kələm

Qırmızı kələm  tam bir vitamin kompleksidir.

 Qırmızı kələm zəngin antioksidant tərkibi və vitamin-mineral baxımından yüksək dəyəri ilə sağlam qidalanmada mühüm yer tutur. 

Bu Hit.az xəbər verir ki, sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyan bu tərəvəz, immunitet sistemini gücləndirməklə yanaşı, ürək və damar sağlamlığını da dəstəkləyir.

Qırmızı kələm A, B6, C və K vitaminləri ilə yanaşı, maqnezium, fosfor, kalsium, kalium, dəmir, sink və mis kimi vacib minerallarla zəngindir.

 Fitokimyəvi tərkibi sayəsində həm çiy, həm də bişmiş formada sağlam qidalanma üçün ideal seçimdir.

Tərkibindəki C vitamini sayəsində kolagen istehsalını artıran qırmızı kələm, dərini gənc və elastik saxlamağa kömək edir.

 Eyni zamanda nəmləndirici xüsusiyyəti ilə dərinin qurumasının qarşısını alır və ləkələrin azalmasına dəstək verir. 

Tərkibində bol miqdarda C vitamini və antioksidant olan qırmızı kələm, mövsümi xəstəliklərə qarşı bədəni qoruyur.

 Xüsusilə  salat və ya şirə formasında mütəmadi olaraq istifadə edildikdə immunitet sistemini gücləndirir.

Sevinc

Seçilən
8
hit.az

1Mənbələr