AZ

Bakıda skuter sürən 13 yaşlı uşaq avtobusla toqquşub

BAKI, 17 iyun. TELEQRAF

Bakının Dərnəgül metrosunun çıxışında 13 yaşlı oğlan skuter sürərkən 93 nömrəli marşrut avtobusuna çırpılıb.

Teleqraf xəbər verir ki, qəzanın baş verməsinə uşağın hərəkətdə olan avtobusun qarşısına çıxması səbəb olub. Sürücü əyləci basa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Hadisə nəticəsində skuterdə olan iki nəfərdən biri baş və qol nahiyəsindən xəsarət alıb, digəri isə qəzadan salamat çıxıb.

Qəza yerinə dərhal təcili tibbi yardım çağırılıb.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr