İsrail İranın ali dini lideri Əli Xameneinin öldürülməsini qarşısına məqsəd qoyub. Lakin bu çox da asan məsələ deyil. Xamenei olduqda ciddi şəkildə mühafizə edilir. Onun mühafizəsi hətta oğlu Müctəbadan belə gizli saxlanılır və bunu İranda bilən demək olar ki, 1 nəfər var. Xameneinin canını qoruyan İsmayıl Xətib. İran kəşfiyyatının qurucularından olan Xətib hazırda İranın Mərkəzi Kəşfiyyat naziridir. İslam Respublikasının, həmçinin SEPAH - ın kəşfiyyatının qurulması əsasən onun adı bağlıdır. İran siyasi hakimiyyətinin Məşhəd klanına aiddir. Xameneinin mühafizəsini məhz 64 yaşlı Xətibli icra edir. 2009 - cu il hadisələri zamanı " Yaşıl İnqilabı " boğan şəxsdir. Gələcək ali dini lideri müəyyən edəcək əsas şəxslərdən də biridir. Xətibli Qərb dünyası tərəfindən müxtəlif zamanlarda kürd fəalların işgəncə ilə öldürülməsində də ittiham edilir. Onu da deyim ki, İsmayıl Xətibli SEPAH - ın Iran siyasətində oturmuş keçmiş komandiri Möhsün Rzayinin əsas daydayısıdır. Xətibinin Qasım Süleymani ilə münasibəti pis idi. Süleymani SEPAH içərisində Mövsüm Rzayiyə ən böyük rəqib idi. Qasım Süleymanin öldürülməsindən sonra SEPAH - ın siyasi gücü yenidən Xətib və Rzayi cütlüyünün əlinə keçdi. Məşhəd klanının və Xorasan qrupunun həmçinin bir neçə gün öncə öldürülən generallar, o cümlədən Baş Qərargahı rəisi Məhəmməd Baqiri ilə də münasibəti yaxşı deyildi. İsmayıl Xətibin İran dini elitası nüfuzu çox yüksəkdir. Uzun illər Qum şəhərinin kəşfiyyatına rəhbərlik edib , İmam Rza məqbərəsinin qorunmasında şəxsən böyük rolu olub. Buna görə də İbrahim Rəisi prezident olduqdan dərhal sonra Xətibi İran kəşfiyyatının başına gətirdi. O, İranın dini siyasi camiəsinin ağır çəkili fiqurlarından sayılan Ayətullah Məhəmməd Fazil Lənkərani, Ayətullah Nəsir Məkarim Şirazi və Ayetullah Müctəba Tehranin tələbəsi olub. İranın və Xamneinin 30 illik sirri bu şəxsdə gizlidir. Sizdə Mossad onu aradan götürə biləcək və ya onu aradan götürmək ümumiyyətcə Mossada sərf edir ?
Zeynal Əmrəliyev