Bakı. Trend:
İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıdakeçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ParlamentAssambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etməküçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası MilliAssambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.
Milli Məclisdən Trend-ə bildirilib ki, görüşdə Nataliya KiselovanınAzərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimizarasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinəinam ifadə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdəolan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyinBolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və butəşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platformaolduğunu bildirib.
Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Bolqarıstandost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasiəlaqələr, Prezident İlham Əliyevin və Prezident Rumen Radevinqarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsnarol oynayır.Qeyd edilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdəintensiv və məhsuldar əməkdaşlıq mövcuddur və enerji sahəsindəəməkdaşlıq əsas sahədir.
Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsininartırılmasının vacibliyi qeyd olunub, humanitar, təhsil, elm,mədəniyyət sahələrində əməkdaşlığın, qarşılıqlı dil və mədəniyyətmərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Bolqarıstanarasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbəttəsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlıfəaliyyətidir. Bu sahədə parlamentlərarası dostluq qruplarınınbirgə fəaliyyəti mühüm rol oynayır.
Söhbət zamanı parlament komitələri arasında münasibətlərininkişafı, beynəlxalq parlament təşkilatları çərçivəsindəəməkdaşlığın gücləndirilməsi barədə də danışılıb.
Görüş üçün təşəkkürünü bildirən Bolqarıstan Respublikası MilliAssambleyasının sədri Nataliya Kiselova Bolqarıstanla Azərbaycanarasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunubildirib və onun səfərinin də bu münasibətlərin göstəricisiolduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrininkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunuqeyd edib.
Bolqarıstan Milli Assambleyasının sədri Heydər Əliyev Fondununmaliyyə dəstəyi ilə Veliko-Tarnovo şəhərinin Trapezitsa ArxeolojiMuzey Qoruğunun bərpasının bolqar xalqı tərəfindən yüksəkqiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı o, regional və beynəlxalq parlamenttəşkilatlarında əməkdaşlıq, qarşılıqlı parlament dostluqqruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyətibarədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.