İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri Volfqanq Hatmansdorfer ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı baxımından önəmli olduğu vurğulanıb. Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar haqqında məlumat verilib. Avstriya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdikləri qeyd olunub. Ticarət və investisiya əlaqələrinin inkişafında özəl sektorun mühüm rola malik olduğu bildirilib.
Tərəflər iqtisadi-ticarət, enerji, sənaye, texnologiyalar və digər sahələrdə işbirliyinə dair müzakirələr aparıblar.