AZ

Bizi məğlub etməyə qalxan şəxs kanalizasiyaya düşdü…

ABŞ-ın İran-Ermənistan münasibətlərini pozmaq cəhdinə diqqət yetirməyə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri iyunun 17-də jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.

O, ABŞ-ı yalançı adlandırıb. Onun sözlərinə görə, amerikalılar İranla digər ölkələrin əlaqələr qurmasından qorxurlar.

O qeyd edib ki, İsrail İranın qonşuları ilə münasibətlərini pisləşdirməyə çalışır.

Sübhani əlavə edib ki, sonuncu dəfə İranı məğlub etməyə cəhd edən şəxs İraqın kanalizasiya borusunda öz yerini tapıb:

“Bir çoxları tarix boyu İranı məhv etməyə çalışıblar, lakin onlar sonda özləri məhv ediliblər”.

Seçilən
10
3
axar.az

4Mənbələr