AZ

Fridrix Merz: İsrail İrana qarşı "çirkli işi" bizim yerimizə görür

Fridrix Merz: İsrail İrana qarşı "çirkli işi" bizim yerimizə görür

Almaniyanın Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları müdafiə edib.

AFN.az xəbər verir ki, o, bu barədə ZDF telekanalına müsahibəsində danışıb: “Bu, İsrailin hamımız üçün etdiyi çirkli işdir”.

Merz İsrail ordusunun və rəhbərliyinin İranla qarşıdurmadakı fəaliyyətlərinə hörmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, Qərb ölkələrinin açıq şəkildə edə bilmədiklərini İsrail öz üzərinə götürərək həyata keçirir.

O həmçinin bildirib ki, Almaniya kansleri ABŞ-ın Yaxın Şərqdəki mövcud vəziyyətə hələlik birbaşa müdaxilə etmədiyini qeyd edib: “Aydındır ki, Amerika hökumətindən hələlik heç bir qərar yoxdur. Çox güman ki, bu qərar yaxın gələcəkdə veriləcək”.

Merz əlavə edib ki, hadisələrin gedişi Tehranın danışıqlar masasına qayıtmağa nə dərəcədə hazır olmasından asılı olacaq.

Seçilən
2
afn.az

1Mənbələr