AZ

Pentaqon Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir

ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun Yaxın Şərqə əlavə qüvvələr göndərəcəyini bildirib.

Bu qərar ötən həftə sonu qəbul edilib: “Mən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına əlavə qüvvələr və aktivlərin yerləşdirilməsini əmr etdim” deyə Heqseth X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, əlavə qoşunlar ABŞ silahlı qüvvələrini qorumaq üçün yerləşdiriləcək. Pentaqonun rəhbəri hesab edir ki, bu, regionda müdafiə mövqeyini gücləndirməlidir.
Daha əvvəl Heqseth bildirib ki, ABŞ “sayıqdır”, lakin yenə də İranla nüvə sazişi bağlamaqda israrlıdır. CNN yazıb ki, Ağ Ev rəhbəri Donald Tramp sazişin detallarını müzakirə etmək üçün ən qısa zamanda İran rəsmiləri ilə görüşmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr