AZ

İndoneziyada Levotobi vulkanı püskürüb - VİDEO

İndoneziyanın Levotobi Laki-Laki vulkanı 10 km hündürlüyündə kül püskürür.

İndoneziyada Levotobi vulkanının püskürməsi nəticəsində səmaya nəhəng kül sütunu qalxıb və bu, hakimiyyət orqanlarını xəbərdarlıq səviyyəsini ən yüksək həddə qaldırmağa vadar edib.

Qaziler.az bildirir ki, iyunun 17-də "Daily Mail" məlumat yayıb.

“Turizm adası Floresdəki 1584 metr hündürlüyündə iki zirvəli Levotobi Laki-Laki vulkanının püskürməsi yerli vaxtla saat 17:35-də baş verib”, - məqalədə yerli vulkanologiya agentliyinə istinadən bildirilir.

Vulkanın atmosferə təxminən 10 km qalınlığında boz buludlar buraxdığı vurğulanır. Levotobi püskürməsi ilə bağlı təhlükə həddi ən yüksək səviyyəyə qaldırılıb.

Səlahiyyətlilər turistləri və yerli sakinləri vulkanın püskürdüyü əraziyə getməməyə çağırıb.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr