AZ

Belarus Sərhəd Komitəsi: Polşa sərhədi yaxınlığında pilotsuz uçuş aparatları olan şəxs saxlanılıb

Belarus sərhədçiləri Polşa sərhədinin yaxınlığında iki pilotsuz uçuş aparatı ilə bir kişini saxlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi (GPK) özünün Telegram kanalında məlumat verib.

“İyunun 16-da Qrodno sərhədçiləri əməliyyat məlumatı əsasında bağçılıq cəmiyyətinin yaxınlığında sərhəddə qanunsuz fəaliyyət göstərməyi planlaşdıran belaruslunu saxlayıblar”, – məlumatda deyilir.

Kişi meşəlik əraziyə qaçmağa cəhd göstərib, lakin bu mümkün olmayıb. Sərhədçilər ərazidə apardıqları baxış zamanı iki pilotsuz uçuş aparatı, on altı akkumulyator və bir noutbuk aşkar ediblər.

Həmin şəxs müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Ona 15 günədək həbs və cərimə tətbiq oluna bilər.

Seçilən
6
nocomment.az

1Mənbələr