
Basketbolçu Buğrahan Tunçer ilə uzun illər davam edən münasibətini 21 iyun 2023-cü ildə evliliklə taclandıran Eda Ece, toyundan bir neçə ay sonra ana olacağını açıqlamışdı. Hamiləliyi boyunca həyəcanını Instagram-dakı izləyiciləri ilə bölüşən aktrisa, 4 aprel 2024-cü ildə qızı Mina İpeyi dünyaya gətirmişdi. “YUXU YOX, DİNLƏNMƏ YOX...”Eda Ece doğum sonrası yaşadıqlarını belə ifadə edib:
“Doğumdan bəri 7/24 balaca quşumlayam. Analıq necə böyük bir məsuliyyət imiş, indi anladım. Yuxu yoxdur, istirahət yoxdur. Daim onun qayğısına qalmağa çalışırsan. Ağılım, fikrim onda. Bu, nəhəng bir sevgi və fədakarlıqdır – çox qəribədir. Amma qızlar nələr yaşayırmış, mən ana olmadan bilməmişəm. Gedib hədiyyə verib qayıtmışıq, 'Nə çəkirsiniz, nə yaşayırsınız?' deməmişik. İndi vaxtım yoxdur, amma analar, sizinlə çox şey danışacağıq – vay be! Bütün hörməti haqq edirik.”
Hazırda ailəsi ilə Bodrumda istirahət edən Eda Ece, həyat yoldaşı ilə yaxtada çəkilmiş bir fotosunu paylaşıb. Cütlüyün fotosuna minlərlə bəyənmə gəlib.Ulusum.az
Diqqət Çəkənlər
“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu
Minlərlə qadın qumarın girdabında: “Hər şeyimi itirdim…” - VİDEO
“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili