Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Kursk vilayətinin Qluşkovski rayonundakı Zvannoye kəndini atəşə tutub, nəticədə iki nəfər həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə regionun müvəqqəti qubernatoru Aleksandr Xinşteyn özünün Telegram kanalında bildirib.
O qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlər 59 yaşlı qadın və 69 yaşlı kişi olub.
Bundan əlavə, hücum zamanı dörd fərdi ev və Zvannoye kənd məktəbi müxtəlif zədələr alıb.