AZ

Bakıda 22 il əvvəl törədilən dəhşətli cinayət işi ilə bağlı MƏHKƏMƏ: Azyaşlı zorlanaraq ÖLDÜRÜLÜB

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

22 il əvvəl Bakıda azyaşlıya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin məhkəmə istintaqı başlayıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən baxış iclasında müdafiə tərəfi cinayət işinin azyaşlıya qarşı zorakılıq edilməsi ilə bağlı olduğundan prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə isə sözügedən azyaşlının həyatda olmadığını əsas gətirərək prosesin qapalı keçirilməsini əsassız hesab etməklə vəsatəti təmin etməyib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi 22 il əvvəl Bakının Hövsan qəsəbəsində qeydə alınıb. Təqsirləndirilən Alidə Qadaşova azyaşlı qız övladına qarşı zorakılıq edərək onu amansızlıqla qətlə yetirməkdə təqsirləndirilir. Digər təqsirləndirilən İsmayıl Quliyev isə həmin azyaşlını zorlamaqda təqsirləndirilir.

Hər iki təqsirləndirilənə qarşı CM-nin bir neçə ağır maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
oxu.az

2Mənbələr