AZ

“Muğam aləmi” VII-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutdu

BAKI, 17 iyun. TELEQRAF

Heydər Əliyev SarayındaHeydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” VII-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, festivalda 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edir.

Festival müddətində beynəlxalq simpozium təşkil olunacaq. Müğənnilər və musiqiçilər arasında keçirilən bu müsabiqənin qalibləri Azərbaycan, Türkiyə, Özbəkistan, İraq və Böyük Britaniyadan olan beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

Festivalın açılışı "Bayatı" konserti ilə baş tutub.Festivalın bağlanış mərasimi isə Ağdam Muğam Mərkəzində olacaq.

Qeyd edək ki, festival 17-22 İyun tarixində keçiriləcək.

Seçilən
3
teleqraf.com

1Mənbələr