AZ

İnquşetiyada naməlum dini obyekt tapılıb...

...Memarlıq abidələrinin müəyyən edilməsi və qeydiyyatı zamanı Ceyrax-Assinski Muzey-Qoruğunun əməkdaşları Nyakist kompleksinin ərazisində mədəni irs obyektinin əlamətləri olan sökük bir ziyarətgah aşkar ediblər. Bu barədə bazar ertəsi, iyunun 16-da qurumun mətbuat xidməti məlumat yayıb.

SİA-nın məlumatına görə, aşkar edilmiş obyekt kompleksdən 200 metr cənub-qərbdə yerləşir.

Obyekt yonulmuş boz daşdandır, divarlarının qalınlığı 50 santimetrdir. Divarların qorunub saxlanmış hündürlüyü 1,5 metrdən (qərb divarı) üç metrə (cənub-şərq divarı) qədərdir; şərq divarında eni 0,6 metr, hündürlüyü 0,8 metr olan qapı girişi vardır.

Məlumatda bildirilir ki, bina birmərtəbəlidir, dam örtüyü yoxdur, bünövrəsi var, özüldəki sahə təxminən doqquz kvadratmetrdir. Şimal divarı yarı yeraltıdır, binanın damı pilləli olub.

“Ceyraxsko-Assinski Muzey-Qoruğu” Telegram kanalı xəbər verir ki, ziyarətgah sıx meşəliklərdə yerləşdiyindən muzey əməkdaşlarından əvvəl onu heç kim aşkar etməyib.

...Yeri gəlmişkən, martın 27-də Tailandın Phayao əyalətində tikinti işçiləri dəmir yolu çəkərkən təsadüfən qədim məbəd aşkar ediblər. Xüsusilə, işçilər kərpiclər, lotus qönçələri şəklində məbədin sütun altlıqları və sementlə birləşdirilmiş daşlardan hazırlanmış iki metr hündürlüyündə Buddist stupa tapıblar.

Nazlı Almuradova

Seçilən
8
1
sia.az

2Mənbələr