Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti rezonans doğuracaq bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, İranın ali lideri ayətullah Əli Xameneinin harada olduğu ABŞ tərəfindən dəqiq şəkildə müəyyən edilib. Lakin onun sözlərinə görə, ABŞ hələlik Xameneini aradan qaldırmağı planlaşdırmır.
“Biz onun harada olduğunu çox yaxşı bilirik. Amma onu aradan götürmək fikrində deyilik – heç olmasa, hələlik. Mən ABŞ ordusunu İran məsələsini həll etmək üçün işə salmaq istəmirəm, amma ölkəmizin səbrinin tükəndiyini də deməliyəm,” – deyə Tramp vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.