AZ

Şəmkirdə yeniyetmə 5-ci mərtəbədən YIXILDI

Şəmkirdə 17 yaşlı oğlan bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Belə ki qəsəbə sakini, 2008-ci il təvəllüdlü V. Əlizadə yaşadığı binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
8
bizim.media

1Mənbələr