AZ

Iranın Ermənistandakı səfiri: -“Azərbaycan təcavüzkarın hərəkətlərini pisləyib”


“İrandakı sionist agentlərin əksəriyyəti saxlanılıb və onlardan istifadə onu göstərir ki, qorxaq İsrail İranla birbaşa qarşıdurmaya girmək iqtidarında deyil”-Bunu iyunun 17-də jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib. "Bizim əlimizdə müəyyən ölkələrin bu aksiyalarda iştirak etməsiylə bağlı heç bir fakt yoxdur. Amma biz araşdırma aparacağıq. Və belə bir qənaətə gəlsək ki, bəzi ölkələr bu hərəkətlərdə sionist rejimi dəstəkləyiblər,onda bu, İranla bu ölkələr arasında münasibətlərə təsir edəcək", - deyə səfir qeyd edib. Sobhani deyib ki, İran hər kəslə, o cümlədən Azərbaycan hökuməti ilə əlaqə saxlayır.Onun sözlərinə görə, Azərbaycan təcavüzkarın hərəkətlərini pisləyib. “Dövlətlərin rəsmi mövqeyi bizim üçün daha vacibdir”, - deyə diplomat yekunlaşdırıb.

Surxay Əliyev

Seçilən
3
baki-xeber.com

1Mənbələr