AZ

Paşinyan həbs edilmiş rusiyalı iş adamına qarşı sərt danışdı:"Bura sizin üçün Kaluqanın Nijni Tapir kəndi deyil..."

Xəbər verildiyi kimi, bu gün İrəvanda hüquq-mühafizə orqanlarının Rusiyada fəlaiyyət göstərən iş adamı və "xeyriyyəçi" adlanan milyarder Samvel Karapetyanın evində axtarış aparması ilə bağlı məlumat yayılıb. 
 
Moderator.az xəbər verir ki. tert.am-ın yaydığı məlumata görə, bir az əvvəl  Ermənistan baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində Samvel Karapetyana qarşı həyata keçirilən tədbirlərə münasibət bildirib. 
 
"Bura sizin üçün Kaluqanın Nijni Tapir kəndi deyil...
 
Bura Ermənistan Respublikasıdır...
Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”, - erməni baş nazir belə yazıb.
 
Xatırladaq ki, hazırda Erməninstanın elektrik şəbəkəsinə də nəzarət edən "Taşir" şirkətlər qrupunun rəhbəri olan S.Karapetyan Azərbaycan torpaqlarının işğal altında olduğu dövrlərdə həmin ərazilərimizdə bir sıra qanunsuz layihələr həyata keçirib.
 
S.Laçın 
Seçilən
6
moderator.az

1Mənbələr