Newscenter.az saytına istinadən ain.az xəbər verir.
Özbəkistan Prezidenti ticarət əlaqələrini stimullaşdırmaq məqsədilə “Rəqəmsal Məkan və Yol” çərçivəsində “Rəqəmsal İpək Yolu” çoxtərəfli ticarət platformasının yaradılması təşəbbüsünü irəli sürüb.Qaydaların və standartların uyğunlaşdırılması, Çin tələbləri əsasında ixrac məhsullarının sertifikatlaşdırılması üçün Daşkənddə sənayedə standartlaşdırma və sertifikatlaşdırma üzrə regional mərkəzin yaradılmasının zəruriliyi də qeyd olunub.Biznesin, aparıcı elmi-tədqiqat institutlarının və mühəndislik mərkəzlərinin cəlb olunduğu texnologiya transferi üçün ayrıca “yol xəritəsi”nin qəbul edilməsi təklif olunub.Özbəkistan lideri iqtisadi potensialın səmərəli reallaşdırılması üçün sənaye və infrastruktur əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə “Mərkəzi Asiya – Çin” sənaye və infrastruktur məkanı üzrə uzunmüddətli strategiyanın hazırlanması təklif olunub.Bunlara bir-biri ilə əlaqəli sənaye klasterləri, texnoparklar və logistika qovşaqları sisteminin yaradılması, Çin investisiyalarının cəlb edilməsi, texnoloji və elmi həllər daxildir.Mərkəzi Asiya ölkələrinin və Çinin enerji sistemlərinin qarşılıqlı əlaqəsi, o cümlədən yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisi üzrə meqalayihənin həyata keçirilməsi məsələləri də diqqətlə öyrənilməlidir.Regional əhəmiyyətli irimiqyaslı layihələri dəstəkləməyə qadir olan effektiv maliyyə alətlərinin tətbiqi məsələsi xüsusi aktuallıq kəsb edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.