Bakı.Trend:
Dünyada baş verən proseslər – xüsusilə geosiyasigərginliklər, iqtisadi tənəzzül riski, ABŞ-nin ticarət siyasəti vəABŞ-Çin arasında davam edən tarif mübahisələri, son günlərdə YaxınŞərqdə baş verən hadisələr, eləcə də, bir sıra ölkələrin mərkəzibanklarının qızıl ehtiyatlarını aktiv şəkildə artırmaq siyasətinidavam etdirməsi fonunda qiymətli metalların qiymətində müşahidəolunan artım Azərbaycanın qızıl və zinət əşyaları bazarına birbaşavə dolayı təsir göstərir.
Bunu Trend-ə açıqlamasında Qiymətli metallar və qiymətlidaşlar üzrə Texniki Komitənin sədri, Azərbaycan ZərgərlərAssosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanovdeyib.
Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasındaqızılın bir unsiyası 3 420–3 450 ABŞ dolları diapazonunda ticarətolunur:
“Gümüş bir unsiya üçün 36,50 ABŞ dolları səviyyəsindəqiymətləndirilir. Platin 1 275–1 285 ABŞ dolları, palladium isə 1050–1 070 ABŞ dolları arasında dəyişir. Qızılın dünya bazarındakıqiymətində müşahidə olunan artım Azərbaycanda bu məhsulların mayadəyərinin yüksəlməsinə gətirib çıxarır.
Ən çox təsir isə pərakəndə satış seqmentində hissolunur. Bu seqmentdəki qiymət dəyişiklikləri həm qızılın beynəlxalqbirjalardakı qiyməti üzrə dalğalanmalarla, həm də yerli iqtisadi vəticarət şərtlərinin dəyişməsi ilə birbaşa əlaqəlidir.
İdxal olunan məmulatlarda bu hal satış qiymətlərininartması və alıcılıq qabiliyyətinin azalması ilə müşayiət olunur.Qızıl həm xaricdən idxal olunur, həm də ölkə daxilində istehsaledilir. Hər iki halda maya dəyərinin artması müşahidə olunur. Lakinidxal məhsullarında bu artım daha kəskin şəkildə nəzərə çarpır ki,bu da beynəlxalq logistika zəncirindəki çətinliklər, gömrükrüsumları və ticarətə qoyulan məhdudiyyətlərlə izah olunur. Türkiyəvə Birləşmiş Ərəb Əmirlikləri kimi əsas ticarət tərəfdaşlarında başverən qiymət dəyişiklikləri də Azərbaycanda məhsulların qiymətinəvə çeşidinə birbaşa təsir göstərir”.
R.Əmircanov qeyd edib ki, dəyişən qlobal iqtisadişərtlər fonunda Azərbaycan istehlakçılarının davranışında damüəyyən fərqliliklər müşahidə olunur:
“İqtisadi qeyri-sabitlik şəraitində əhali ənənəviolaraq qızıl kimi təhlükəsiz aktivlərə üstünlük verir. İnvestisiyaməqsədli qızıl məhsullarına maraq artır, xüsusilə 999.9 əyarlıqızıl sikkə və külçələrin alışı qiymət artımı fonunda investisiyavasitəsi kimi genişlənir.
Bununla yanaşı, yüksək qiymətlər zinət əşyalarına olanümumi tələbatın azalmasına səbəb olmuşdur. Lakin vətəndaşlar lüksxərclərini məhdudlaşdırdıqları halda belə, toy və nişan kimi zərurimərasimlər çərçivəsində qızıl və qiymətli daşların alışı davametməkdədir. Nəticə etibarilə, dünyada baş verən iqtisadi, siyasi vəmaliyyə prosesləri Azərbaycanın qızıl və zinət əşyaları bazarınahəm qiymət dinamikası, həm də tələbat strukturu və ticarət şəraitibaxımından əhəmiyyətli təsir göstərməkdədir”.