Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakıda su olmayan ərazilərin siyahısı açıqlanıb.
Suyun verilmə vaxtları səhər 06:00-dan 10:00-a və axşam 18:00-dan 22:00-dəkdir, digər saatlarda isə suyun verilməsi dayandırılır. Bundan əlavə, Qobu qəsəbəsində də su təchizatında fasilələr var.
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatından isə bildirilib ki, hazırda qəza baş verən ərazidə təmir bərpa işləri sürətlə həyata keçirlir.
Qəza zamanı bu kəmərlə qidalanan ünvanların su təchizatı gün ərzində alternativ mənbələr hesabına, fasilələrlə təmin olunur.
Bu cür qaza hallarında təmir-bərpa prosesində əsas vaxt texniki təmir işlərinə deyil, boru kəmərinin tam su ilə boşaldılması və sonradan təzyiqə uyğun şəkildə yenidən doldurulması mərhələlərinə sərf olunur. Bu proseslərin hər biri təxminən 24 saatdan artıq vaxt aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.