AZ

2025-ci ilin dövlət büdcəsinə dəyişiklik ediləcək? – Deputatdan AÇIQLAMA

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilərək ikinci oxunuşda qəbul edilib.

Hər il parlamentin növbədənkənar sessiyasında həmin ilin dövlət büdcəsi haqqında qanuna dəyişiklik layihəsi də müzakirə olunur.

Bəs bu il necə, 2025-ci ilin dövlət büdcəsi ilə bağlı hər hansı müzakirə və dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, bununla bağlı parlamentə hələki qanun layihəsi daxil olmayıb:

“Qanunvericiliyə əsasən, hökumət əvvəlki ilin icrası ilə bağlı Milli Məclisə hesabat verir. Bu da qanunvericiliyin tələbinə uyğun olaraq Milli Məclisə verilən hesabatdır, artıq ikinci oxunuşda qəbul edilib və üçüncü oxunuşda müzakirə edilməsi gözlənilir. Hələlik isə Milli Məclisə 2025-ci ilin dövlət büdcəsi ilə bağlı hər hansı qanun layihəsi daxil olmayıb. Milli Məclis hazırda yalnız 2024-cü ilin dövlərt büdcəsi ilə bağlı qanun layihəsini müzakirə edir”.

Günay Şahmar, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr