ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hücumları ilə başlayan qarşıdurma ilə bağlı “Artıq İran səması üzərində tam və qüsursuz nəzarətimiz var” ifadəsini işlədib.
Tramp İranın hava məkanına nəzarətlə bağlı açıqlamanı Truth Social hesabında yayımlayıb.
O, “İran səması üzərində artıq tam və qüsursuz nəzarətimiz var. İranın çoxsaylı yaxşı hava müşahidə sistemləri və digər müdafiə avadanlıqları var idi, lakin bunlar Amerika istehsalı olan texnika ilə müqayisə oluna bilməz” deyə bildirib.
Donald Tramp həmçinin İran lideri Əli Xamenei ilə bağlı “Onun harada gizləndiyini dəqiq bilirik. Asan hədəfdir, amma orada təhlükəsizdir. Onu aradan qaldırmayacağıq. Ən azından indilik” mesajını paylaşıb.