Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Seyid Əli Xamaneinin yerini bildiklərini söyləyib və İranın qeyd-şərtsiz təslim olmasını tələb edib. Tramp özünün "Truth Social" səhifəsində yazıb: "Qondarma ali liderin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, lakin təhlükəsizlikdədir - biz ən azı hələ onu oradan çıxarmaq (öldürmək!) İstəmirik. Lakin biz raketlərin dinc sakinlərə və ya əsgərlərə dəyməsini istəmirik. Səbrimiz bitir". Tramp İranın "qeyd-şərtsiz təslim olmasını" tələb etdiyini də yazıb.
Hürr Tərcüman