ABŞ prezidenti Donald Tramp Ağ Evin Situasiya Otağında Milli Təhlükəsizlik Şurası ilə İsrail və İran arasındakı münaqişə ilə bağlı iclas keçirir.
Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Axios məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp Yaxın Şərqdəki vəziyyətə diqqət yetirmək üçün G7 sammitini erkən tərk edib.
İlkin məlumta görə, Ağ Evdə keçirilən görüşdə yaxın günlərdə İran tərəfi ilə birbaşa təmasların aparılması imkanları müzakirə olunub. Lakin ABŞ prezidenti bu məsələ ilə bağlı hələlik qərarın verilmədiyini açıqlayıb.
Newsweek jurnalı hesab edir ki, İran məsələsində Şurada birlik yoxdur. İclasdan əvvəl nəşr üzvlərin Yaxın Şərq böhranı ilə bağlı mövqeyini təhlil edib: onlar “göyərçin”lər – İranla müharibənin əleyhidarları, “şahin”lərdir – İsrailin qatı tərəfdarları.
Nəşrin məlumatına görə, “şahinlər” bunlardır:
- Prezident Donald Tramp. Əvvəllər o, ABŞ-ın Yaxın Şərqdəki müharibədə iştirakını istisna etmirdi. Bundan əlavə, o, İrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib.
- Pentaqonun rəhbəri Pit Heqset. “İranın nüvə silahı olmamalıdır. "Bizim regionda aktivlərimiz var və biz onları qoruyacağıq, güclüyük, hazırıq, özümüzü müdafiə edirik."
- Daxili Təhlükəsizlik naziri Kristi Noem. Keçən ay o, İsrailə səfər etdi və ABŞ-ın Təl-Əvivə dəstəyini təsdiqlədi.
- Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Kaine. Aprel ayında o, İranı çəkindirmək üçün hərbi güc, diplomatik təzyiq və iqtisadi sanksiyalara ehtiyac olduğunu deyib.
Şurada "göyərçin" mövqeyini aşağıdakılar tutur:
- Vitse-prezident J.D.Vens. O, ABŞ qoşunlarının xaricdə istifadəsinin ardıcıl əleyhdarıdır və diqqəti ilk növbədə daxili siyasətə yönəltməyi təklif edir.
- Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard. Mart ayında o, ABŞ kəşfiyyatının İranın nüvə silahı hazırladığına inanmadığını bildirib.
- ABŞ-ın energetika naziri Kris Rayt. O hesab edir ki, İran məsələsini sanksiyaların köməyi ilə həll etmək olar.
- Maliyyə naziri Skott Bessent. O, həmçinin hesab edir ki, ABŞ İrana iqtisadi təzyiq göstərməlidir.
- ABŞ-ın BMT-dəki səfiri Doroti Şi. BMT Təhlükəsizlik Şurasında o, "davamlı sülh və firavanlığı təmin etmək üçün yeni düşüncəyə ehtiyac olduğunu" bildirdi. O, danışıqlar yolu ilə həll yolunu müdafiə etdi.
Newsweek Təhlükəsizlik Şurasının digər iki üzvünün mövqeyini müəyyən etməkdə çətinlik çəkir. Onlar baş prokuror Pam Bondi və Ağ Evin aparat rəhbəri Suzi Uaylsdır. Onlar İran məsələsində səsini çıxarmamağa üstünlük verdilər.
Musavat.com