Sabah müəllimlərin sertifikatlaşdırma imtahanları başlayır.
Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə deyib. Bildirib ki, bu il 5 fəndən sertifikasiya imtahanları keçiriləcək.
Direktor müavininin sözlərinə görə, məktəblərin demək olar ki, hamısında sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir.
Agentliyin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli isə deyib ki, bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minə yaxın müəllim iştirak edəcək.
İlk dəfə olaraq Astarada da müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.