AZ

Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal QAZANDI

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulub.

Dünya çempionatı

Kişilər

90 kq

 

Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşib və məğlubiyyətə üzülüb. İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib.


O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, o, uğurlu seriyanı davam etdirə bilməyib. Hacıyev bürünc medal uğrunda Kristofer Kalyulaydla (Estoniya) mübarizə aparıb. İnamlı çıxış edən cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci medalı olub

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
2
bizim.media

2Mənbələr