AZ

ABŞ İranın hava məkanını nəzarətə götürüb - Tramp

BAKI, TurkicWorld

ABŞ artıq İranın hava məkanını tam şəkildə nəzarətə götürüb.

TurkicWorld xəbər verir ki, bu haqqda ABŞ Prezidenti Donald Tramp bildirib.

“Artıq İran səmasının tam nəzarəti bizdədir. Onların çoxlu hərbi texnikası var idi, amma heç nə Amerika istehsalı olan texnikadan yaxşı ola bilməz. Bu işi ABŞ-dan yaxşı görən yoxdur” - deyə, Tramp vurğulayıb.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Seçilən
6
turkic.world

1Mənbələr